intihar etdiyi deyilən əsgərin anası danızdı:?iki gün əvvəl...?

img

21-04-2013 [04:51]


4 ay əvvəl Gəncədən əsgərliyə çağırılmış Emin Quliyevin meyiti aprelin 20-si axşam saatlarında evlərinə gətirilib. Meyiti gətirən hərbçilər ölümün səbəbi barədə bir söz deməyiblər. Anası Solmaz Quliyeva deyir ki, oğlu ilə 2 gün əvvəl danışıb: "O, xidmət yerinin dəyişdirilməsini istədi, amma səbəbini açıqlamadı. Yalnız şirniyyat bişirib göndərməyimizi istədi". Solmaz Quliyeva iddia edir ki, Emin çox iradəli və zəhmətkeş uşaq olub, özünü öldürəcək bir səbəb olmayıb: "Oğlumu kiminsə yerinə bada veriblər. Onun gözünün birinin mənfi 1, o birinin isə mənfi 3 olmasını hərbi komissarlıq da təsdiqləyib. Lakin yenə də orduya aparıblar". Emin Quliyev aprelin 21-də dəfn olunacaq. Fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır. Müdafiə Nazirliyin yaydığı məlumata görə, əsgər Emin Quliyev aprelin 20-si saat 00.35 radələrində tabeçiliyində olan avtomat silahdan açılan atəş nəticəsində ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA