"Gənclərin Elmi Arazdırmalarına Dəstək" Birliyi ?Yüksəliz yolları? kitabının müzakirəsini keçirib

img

20-04-2013 [04:28]


Bu gün ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyinin ofisində AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ?Şərq- Qərb?şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Dünyamalı Vəliyevin ?Yüksəliş yolları? kitabının müzakirəsi keçirilib. Tədbirdə iqtisad elmləri doktoru, professor Dünyamalı Vəliyev məruzəsində bu kitabın yüksəliş yolları ilə irəliləmək üçün insanın sonsuz potensialından necə istifadə olunması məsələlərinə həsr edildiyini söylədi. Tədbiri giriş sözü ilə açan ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı Azərbaycan elminin inkişafında bu növ kitabların cəmiyyətimizin aydınlanması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Görüşün məqsədini açıqlayan Məmmədəli Babaşlı bu kitabın Gənclərdə özünüdərk və özünəinam hissinin yüksəldilməsi və insanın təkmilləşdirilməsini, qarşıya qoyulan məqsəd və ideallar uğrunda əzmkarlıq və iradə möhkəmliyi göstərilməsinə, qlobal cəmiyyətdə insan amili və biliyin rolunun artmasına, işgüzar etika, mədəniyyət və məsuliyyət problemlərinə xüsusi diqqət yetilməsindən danışmışdır. Görüşdə gənclər Milli İqtisadi Modelin yaranmasndan söhbət açaraq dünyanın düşdüyü iqtisadi böhrandan çıxış yolları barədə fikir mübadiləsi aparmışdılar. Azərbaycan iqtisadiyyatının qlobal böhranın təsirinə məruz qalmaması üçün görülən tədbirlərin əhəmiyyətindən bəhs etmiş, çıxış yollarını müzakirə etmişdilər. Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Dünyamalı Vəliyev onlara özünüdərk və özünəinam hissinin yüksəldilməsini, qlobal cəmiyyətdə insan amili və biliyin rolunun artmasına xüsusi diqqət yetirilməsini tövsiyə etmişdir. Tədbirin sonunda Dünyamalı Vəliyevə ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyi adından xatirə plaketi təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA