Misir Mərdanov izdən çıxarıldı- Təsdiqləndi

img

19-04-2013 [03:56]


Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil naziri Misir Mərdanov vəzifəsindən azad olunub. Bu barədə ilk məlumat sosial şəbəkələrdə yayılıb. MİA-nln məlumatına görə, həmin vəzifəyə "İçərişəhər" Dövlət Memarlıq Qoruğunun rəisi Mikayıl Cabbarov təyin olunub. Qeyd edək ki, Misir Mərdanov 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov Misir Mərdanovun vəzifədən kənarlaşdırılması barədə xəbəri təsdiq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA