Nazir Yavər Camalovun villasını sökmək istəyirlər; ARDNŞ rəhbəri qərar verib

img

19-04-2013 [11:05]


2005-ci ilin parlament seçkilərindən sonra hakimiyyətin yuxarı eşalonuna dəvət olunan və artıq mövqe baxımından kifayət qədər stabil fiqur hesab olunan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev keçmişdə aralarında nifaq oln nüfuzlu şəxslərlə ədavətini hələ də sürdürür. Belə ki, vaxtı ilə Bakı Neft Emalı Zavodunun rəhbəri olan Rövnəq Abdullayev həmin illərdə ?Azneft? İstehsalat Birliyinin baş direktoru işləmiş hazırkı Müdafiə Sənayesi Nazirliyinin rəhbəri Yavər Camalovla konfliktdə olub. Sonradan hər iki şəxsin vəzifəsi yüksəldilsə də, aralarındakı nifaq səngiməyib. Tam əksinə, ciddi xarakter alıb. Bunu yayılan son məlumatlar da təsdiqləyir. Mia.az Dia.az xəbər portalına istinadən xəbər verir ki, ARDNŞ şefi Rövnəq Abdullayev indi də nazir Yavər Camalovun villasını sökdürmək istəyir. O, nazirin villasının tikildiyi ərazinin ARDNŞ-in dislokasiyasına daxil olduğunu iddia edərək, hətta Yavər Camalovu məhkəməyə cəlb etməkdən də çəkinməyib: ?Rövnəq Abdullayevlə Yavər Camalovun arasındakı hüsumat günü bu gün də davam etməkdədir. Hətta vəziyyət o həddədir ki, tərəflər öz xeyir işlərinə belə bir-birilərini dəvət etmirlər. Bu barədə danışan mənbə maraqlı bir faktı da açıqladı. Bu gün ARDNŞ-in sökülməsi tələbi ilə məhkəmyə müraciət etdiyi villalardan biri Yavər Camalova məxsusdur. Həmin villada nazirin özü yaşamasa da, onun yaxınlarının ixtiyarındadır. Amma buna rəğmən ARDNŞ adından məhkəməyə edilən 15 min evlə bağlı müraciətin içində həmin villanın sökülməsi tələbi də var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA