Rabitə Nazirliyində oğurluq olub; Nazir oğruların tapılması göstərizini verdi

img

18-04-2013 [04:25]


?Rabitə və İnformasiya Nazirliyinin hər hansı gizli sənədləri yoxdur. Yazıda qeyd olunduğu kimi məxfi şəkillər və sənədlər oğurlanmayıb?. Bu sözləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov ?Anonimous? adlı beynəlxalq hakerlər qrupunun nazirliyə məxsus gizli sənədləri və fotoları oğurlaması məsələsinə münasibət bildirərkən deyib. Müşfiq Əmirov bildirib ki, nazirin beynəlxalq və yerli tədbirlərdə çəkilən şəkilləri oğurlanıb: ?Nazirlik həmin haker qrupu haqqında araşdırma aparır. Araşdırmalar bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat verəcəyik?. Qeyd edək ki, ?Anonimous? adlı beynəlxalq hakerlər qrupu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid (mincom.gov.az) 1.5 GB-lik (qiqabayt) müxtəlif səpkili sənədləri və informasiyaları oğurlayıb. Bu informasiyaların arasında təkcə nazirliyə aid qapalı sənədlər deyil, həmçinin nazir Əli Abbasovun şəxsi xarakterli fotoları da yer alır. Hakerlər fotoşəkilləri və ələ keçirdikləri digər informasiyaları LulzSec adlı haker qruplaşmasının loqosu ilə ?bəzəyərək? par-anoia.net adlı saytda yerləşdiriblər. Lakin par-anoia.net saytına Azərbaycandan daxil olmaq mümkün deyil və bu səbəbdən sənədlərin nədən ibarət olduğuna dair ətraflı informasiya əldə etmək mümkün olmayıb. Bununla belə, securitylab.ru qeyd edir ki, sənədlər arasında MDB-nin seçki müşahidə missiyasının üzvlərinin məlumat bazası, ABŞ Müdafiə Nazirliyinin Əfqanıstandakı podratçılarının Azərbaycan üzərindən daşıdığı yüklərə dair sənədlər yer alır. Bildirilir ki, bu sənədlər anama.gov.az saytı üzərindən əldə edilib. Bundan başqa, sənədlər arasında Azərbaycan və Ukraynanın diplomatik pasportlarının fotoşəkilləri, təhlükəli hərbi yüklərin daşınmasına dair məlumat bazası, Azərbaycanın dövlət strukturlarının Amerika və Ukraynanın müvafiq strukturları ilə birgə işlərinin təfərrüatları və s. məxfi xarakterli məlumatlar yer alır(Qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA