Gəncədə etiraz aksiyası bazladı: zagirdlər yolu bağladılar

img

18-04-2013 [04:05]


Bu gün günorta saatlarında Gəncə şəhərində 31 saylı orta məktəbin şagirdləri etiraz aksiyası keçiriblər. Aksiyanın şahidi olan şəhər sakinlərinin verdiyi məlumata görə, şagirdlər məktəbin yaxınlığından keçən avtomobil yolunu ? Nəriman Nərimanov prospektini bağlayıblar. Şagirdlər təhsil aldıqları məktəbin direktorunun vəzifədən uzaqlaşdırılmasına etiraz edərək onun vəzifəsinə bərpa edilməsini tələb ediblər. Polislərin müdaxiləsindən sonra şagirdlər yolu açıblar. Hazırda yolda avtomobillərin hərəkəti tam bərpa edilib. Hadisədən dərhal sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 31 saylı məktəbə gələrək şagirdlərlə söhbət edib, onların problemləri ilə maraqlanıb. Gəncə şəhər İcra Hakimiyyətindən hadisə ilə bağlı hələki rəsmi məlumat verilməyib(Trend)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA