Sumqayıtın ehtiyat meydançalarının inzasında saxtakarlıq

img

17-04-2013 [11:38]


üseynzadə adına Sumqayıt şəhər stadionunda ehtiyat meydançalarının inşasında bir sıra problemlər ortaya çıxıb. Belə ki, layihədə inşa olunan ehtiyat meydançaların birinin süni, digərinin təbii örtüklə örtülməsi göstərilsə də, yayılan məlumatlar bunu deməyə əsas vermir. ?Xeberle.com? xəbər portalına daxil olan məlumata görə, layihədə təbii örtüklü olması göstərilən ehtiyat meydançaya da süni örtük döşənəcək. Belə yerdə sual olunur: Görəsən, layihədə göstərilənlərə əməl etmək istəməyənlər kimlərdir və bunda hansı məqsəd güdülür? Növbəti sual yaranır: Yəni bu məsələdə əziyyətdən, zəhmətdən qaçmaq niyyəti gizlənir, yoxsa?! Belədə Azərbaycan futbolu "süniləşdirilə-süniləşdirilə hara gedir?! Bu hal həm Azərbaycan futbolunu "şikəst edir", həm də dövlətin idman siyasətinə kölgə salır. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA