Yol Polisi sürücülərə müraciət edib

img

17-04-2013 [11:07]


Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakıda yağan aramsız yağış bəzi küçə və yolları keçilməz edib. Yaxşı olar ki, sürücülər belə hava şəraitində şəxsi avtomobillərdən istifadədən mümkün qədər imtina etsinlər və ictimai nəqliyyatdan istfadəyə üstünlük versinlər. Yol nişanlarının tələblərinə uyğun hərəkət etsinlər. Belə ki, Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai rayonlarında müəyyən sıxlıqlar müşahidə olunur. Hazırda yol polisi gücləmdirilmiş iş rejimində çalışır. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, aprelin 19-dək havanın qeyri-sabit olacağı, leysan xarakterli yağışların yağacağı və temperatur rejiminin enəcəyi gözlənilir. Bu müddətdə Azərbaycanın rayonlarında havanın temperaturu 10, Bakıda isə 7 dərəcəyə kimi enəcək, ölkənin bəzi yerlərinə sulu qar, yüksək dağlıq ərazilərə isə qar yağacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA