Ramil Usubov Kürdəmir polisinin rəis və müavinini izdən çıxardı

img

15-04-2013 [11:26]


Kürdəmir rayon Polis Şöbəsinin rəisi və müavini işdən çıxarılıb. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi vəzifəsində çalışan polkovnik Rasim Əliyev və müavini, polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad edilib. Hazırda şöbə rəisinin vəzifəsini müvəqqəti olaraq xidmət işləri üzrə müavin polkovnik Həsən Əsədov icra edir. Həmçinin, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zahid Əhmədov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə Nizami Feyzullayev təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA