Ziya Məmmədovla klub prezidentinin qaranlıq maliyyə əməliyyatları - SƏNƏDLi FAKTLAR

img

15-04-2013 [05:24]


[/center] Bu haqda redaksiyamıza bankın rəhbər şəxslərinin filial müdirlərinə yazdığı bir sıra məktublarla bərabər, bir neçə kredit müqaviləsi də təqdim olunub. Bunlardan biri hazırda da ?Bank of Azerbaijan?nın 17 saylı Ucar filialının müdiri Nazim Əliyev tərəfindən bankın Yevlax filialının müdiriyyətinə göndərilən məktubdur. Filial müdiri məktubunda ?Kollektor? firması tərəfindən ayrı-ayrı müəssisələrin kredit borclarının ödənilməsi haqda məlumat verir və əlavə edir ki, hələlik ?Kollektor? tərəfindən ödənilən kreditlər bunlardır. Maraqlıdır ki, siyahida göstərilən borcların sonradan necə ödənildiyi və ya hələ də dondurulmuş necə saxlandığı bilinmir. Bilinən odur ki, həmin borcların ?Kollektor? tərəfindən bağlanması haqda yazışmalara başlayıblar. Buna rəvac verən əsas səbəb isə filiallarda qanunsuz verilən və ya ayrılan kreditlərin əslində təyinatı üzrə olmadığından irəli gəlib. Həmin pullar nəğdləşdirilərək götürülüb və çox böyük ehtimalla Ziya Məmmədovun hansısa lahiyələrinə xərclənib. Sonradan isə bankın müflis olması qorxusu onun Hafiz Məmmədova satışını qaçılmaz edib. Qanuna görə isə ödənilməsi qeyri-mümkün olan bankın satışı mümkün deyil. Hafiz Məmmədov isə razılaşmaya əsasən bankı ?təmizləməli? və sonra da səhmlərini öz oğlanlarının adına keçirə bilərdi. Bu, hazırda da bankın idarə heyətinin üzvü, həm də Satış üzrə Sahə Rəhbəri olan Aygün Balıyevanın növbəti məktubundan da sezilir?. [center][lib]bank-of_azerbaycan..jpg[/lib][/center] Aygün Balıyevanın 24 avqust 2012-ci il tarixli saat 10.22-də filial müdirləri Elşən Xəlilovla Nazim Əliyevə, surətləri isə Korporativ Bank Xidmətləri Departamentinin direktoru Vadim Misirova, Hüquq şöbəsinin müdiri Elnur Heydərova və Parakəndə Bank Xidmətləri Departamentinin direktoru Rəşad Mailova ünvanlanmış məktubunda deyilir: ?Hörmətli Elşən müəllim və Nazim müəllim! Bildiyiniz kimi, Ucar və Yevlax filialının bəzi kreditləri ?Kollektor? firması tərəfindən ödənilmişdi. Lakin bu şirkətlərin borcu bağlandı, anlamına gəlmir. Bu səbəbdən firmalar tərəfindən borcları haqqında məlumat almaq və ya borcu ödəmək istəyənləri olursa, Hüquq departamenti ilə əlaqə saxlamanızı xahiş edirəm. Filialın bütün əməkdaşlarını məlumatlandırmanızı xahiş edirəm ?. Dünyanın heç bir ölkəsində olmayan bu yazışma və əməliyyatlara əlavə olaraq onu da qeyd edək ki, həmin siyahıda da bir sıra MMC-lərin adına verilmiş kreditlərin yenə də eyni firma tərəfindən ödənilməsi öz əksini tapır: ?Bütün bu proseslərin sonunda isə məşhur iş adamı Hafiz Məmmədov nazirlə aralarındakı borc məsələsini qapatmaq üçün onun nəzarətində olan bankın səhmlərini oğlanları və qardaşının adına sənədləşdirməyə məcbur edib. Hazırda ?Bank of Azerbaijan?nın səhmlərinin təxminən 86 faizi Hafiz Məmmədovun oğlanlarının adına rəsmiləşib. Daha dəqiqi, 42,97 faizi bir oğlu Kənanın, digər 42.97 faizi isə o biri oğlu Sənanın adınadır. 13,31 faizini isə Hafiz Məmmədov qardaşı Mübariz Məmmədovun adına keçirib?. Mənbə bankın satışı prosesində digər məqamlardan da məlumat verib. Bu və ya digər məsələlərlə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Qarşı tərəflərin fikirlərini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA