"Gənclərin Elmi Arazdırmalarına Dəstək? birliyi seminar keçirib

img

13-04-2013 [04:24]


2013-cü il aprelin 13-də ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyinin ofisində "Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı" mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə "Fizika-riyaziyyat elmləri doktoru, professor ?Şöhrət? ordenli ?Əməkdar elm xadimi? Şahlar Əsgərov məruzə etdi. Tədbiri giriş sözü ilə açan ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı Azərbaycan elminin inkişafında bu növ seminarların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Görüşün məqsədini açıqlayan Məmmədəli Babaşlı qoyulan mövzunun nə qədər aktual olduğunu vurğulamaqla iqtisadi və mənəvi böhranın baş alıb getdiyi dövrümüzdə dəyərlər axtarışının getdikcə aktuallaşmasından danışdı. Görüşdə gənclər həqiqi dəyərlərdən söhbət açaraq, mənəviyyat böhranından çıxış yolları barədə fikir mübadiləsi apardılar. Günümüzdə dəyərlərin nə dərəcədə aşınmasından, bunun bir xalq olaraq mənəviyyatımıza vurduğu zərərdən danışaraq, çıxış yollarını müzakirə etdilər. Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Şahlar Əsgərov onlara layiqli vətəndaş olmağın yolları haqqında dəyərli tövsiyyələrini verdi. Tədbirin sonunda Şahlar Əsgərov ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyinin kollektivi ilə xatirə şəkli çəkdirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA