Fövqəladə Hallar Nazirliyində biabırçılıq; Kəmaləddin Heydərova zikayət olundu

img

12-04-2013 [10:04]


Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi ev 27 a, mənzil 43-də yaşayan Elyazov İsrayıl Rzaqulu oğlu Fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib. Mia.az-ın xəbərinə görə, Elyazov yazır ki, uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olub, hazırda təqaüddədir. Hazırda Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin günahı səbəbindən sağlamlığı belə, təhlükə altına düşüb: ?Cənab nazir, həkimlər mənə əsəb, ürək xəstəliyimin müalicəsi üçün dəniz havası məsləhət görüblər. Mən də rezin qayıq alaraq, tilovla balıq tutmaq qərarına gəldim. Ancaq Sizin rəhbərlik etdiyiniz nazirliyin müvafiq şöbələri nəinki müalicə, həm də istirahət hüququmu məhdudlaşdırıblar. Belə ki, qanuna görə, çəkisi 220 kq ?a qədər tutumu olan qayıqlara heç bir ölkədə qeydiyyat tələb olunmasa da, Fövqəladə Hallar Nazirliyi bunun əksini tələb edir. Mənə açıq şəkildə nazirlikdə bildirdilər ki, bura Azərbaycandır, hökmən qeydiyyatdan keçməlisiniz. 5 səhifəlik alqı ? satqı müqaviləsini rus dilindən (mən qayığı Rusiyadan almışam) ana dilimizə tərcümə etdirərək, Notariusda təsdiqləməyə də məcbur da etdilər. Ən təəccüblüsü isə rezin qayığa texniki baxış talonu vermələri oldu. Üstəlik, xəbərdarlıq etdilər ki, əgər hər il vaxtında texniki baxışdan keçməsəm, 35 manat cərimə olunacam. Ax,ı rezin qayıq nə üçün texniki baxışdan keçirilməlidir? Bu mühərrikli qayıqdır bəyəm??. Şikayəti yazır ki, nazirlik əməkdaşları qayığın dislokasiya yerini belə qeyd ediblər: ?Diqqət edin, mənim rezin qayığımı yalnız və yalnız Qum adasında olmalıdır. Sən demə, Azərbaycanda mən istədiyim yerdə nə tilovla qayığa minib, balıq tuta bilərəm, nə də gəzintiyə çıxa bilərəm. Hörmətli nazir, mən sizi alicənab bir insan kimi tanıdığım üçün bu biabırçı, dünya praktikasında analoqu olmayan hal haqqında tədbir görəcəyinizdən əminəm?. Məsələyə qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb. Nazirliyin mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA