Rəhim Qazıyev polis rəisi ilə görüzüb; Sabiq naziri dindirə bilməyiblər

img

12-04-2013 [05:06]


Keçmiş müdafiə naziri Rəhim Qazıyev Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun şikayəti əsasında Səbail Rayon Polis İdarəsinə çağırılıb. R. Qazıyevin APA-ya verdiyi məlumata görə, onu idarə rəisi İlqar Mahmudov qəbul edib. Onun sözlərinə görə, müdafiəçiləri Namizəd Səfərovun və Qurban Məmmədovun idarəyə gələ bilməməsi səbəbindən dindirmə aparılmayıb. R. Qazıyev qeyd edib ki, hazırda proses təhqiqat mərhələsindədir və o şikayət üzrə ittiham olunan tərəf kimi dindirilmir: ?Hazırda cinayət işi açılmayıb və mən şahid qismində təhqiqata cəlb olunmuşam?. R. Qazıyev ittiham tərəfi ilə ötən gün üzləşmə olduğunu da söyləyib: ?Təhmasib Novruzov şikayətdə yazdığının üzərində durdu, mən isə ittihamları rədd etdim və onu vurmadığımı söylədim?. Qeyd edək ki, 11 ay əvvəl ?SƏS? TV-də Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovla Rəhim Qazıyev arasında keçirilən debat zamanı birinci təhqir olunduğu qənaətinə gəlib. O, şərəf və ləyaqətinin təhqir olunması, həmçinin xuliqanlıq ittihamı ilə Səbail Rayon Polis İdarəsinə şikayət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA