Bahar Muradova Füzuli rayon qadınlarının konfransında iztirak edib

img

12-04-2013 [04:10]


Bu gün Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli rayon qadınlarının konfransı keçirilib. Tədbirdə Milli Məclis sədrinin müavini, Füzuli rayonundan seçilmiş deputat Bahar Muradova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər nümayəndələr də iştirak edib. Əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Sədaqət Qəhrəmanova və konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. A. Alıyev konfransı giriş sözü ilə açaraq, yığıncağın gündəliyini elan edib. O bildirib ki, bu il iyunun 14-də Azərbaycan Qadınlarının IV Qurultayı keçiriləcək: "Bununla əlaqədar bu gün Füzuli rayon Qadınlarının konfransını keçiririk". İcra hakimiyyətinin başçısı Azərbaycanda dövlətin qadın siyasətindən danışaraq qeyd edib ki, bu gün qadınlar cəmiyyətin ictimai-siyasi həyatında mühüm yer tuturlar. A.Alıyev bildirib ki, Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət, dövlət idarəçiliyi sahələrində qadınlar mühüm rola malikdirlər. B. Muradova çıxışında Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq məsələlərindən, ölkədə həyata keçirilən qadın siyasətindən danışıb. O qeyd edib ki, biz bu gün həyatımızın bir çox sahələrində qadınların əldə etdiyi uğurlarla haqlı olaraq fəxr edirik: ?Tarix boyu Azərbaycanda mədəniyyətimizin, ana dilimizin, dinimizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında qadınların misilsiz xidməti olub. Azərbaycanda qadın, ana hər zaman uca, müqəddəs sayılıbdır. Azərbaycan qadınları övladlarını vətənpərvərlik, xeyirxahlıq, mərdlik, qonaqpərvərlik, tolerantlıq ruhunda tərbiyə edərək, xalqımıza xas olan bu gözəl xüsusiyyətləri qoruyub saxlayıblar. Azərbaycan qadını çox mürəkkəb, eyni zamanda, şərəfli yol keçib?. S.Qəhrəmanova isə Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: ?Ulu öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadın siyasəti məsələlərinə xüsusi diqqət yetirib. Müstəqil Azərbaycanda qadın qurultayları da məhz Heydər Əliyevin təşəbbüsü ilə keçirilib?. Tədbirdə həmçinin Füzuli Rayon Qadınlar Şurasının sədri Solmaz Rzayeva, Ləman Əliyeva və digərləri çıxış ediblər. Sonda konfransda təşilati məsələlər müzakirə olunub və Füzuli rayonundan Qurultaya nəzərdə tutulan 21 qadın nümayəndə seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA