Zeynəb Xanlarova: ?Heç kim mənim evimi yandırmaq istəməyib?

img

12-04-2013 [02:02]


"Heç kim mənim evimi yandırmaq istəməyib!". Xalq artisti Zeynəb Xanlarova belə deyib. ?Zeynəb Xanlarova ANS PRESS-ə açıqlamasında Nardarandakı bağ evinin yandırılması ilə bağlı yayılmış xəbərlərə münasibət birdirərkən bu məsələdə adının hallanmasını istəmədiyini bildirdi: "Heç kim mənim evimi yandırmaq istəməyib. Sadəcə etiraz aksiyası zamanı mənim bağ evimin yerləşdiyi küçədən keçəndə yandırıcı maye olan şüşələr atılıb və onlardan biri də mənim bağıma düşüb. Mənim kimi başqa qonşuların da həyətinə düşüb onlardan. Evin çöl divarlarında bir-iki zədə yeri var, vəssalam. Heç kim məqsədli şəkildə bu işi görməyib". Xalq artisti məsələ ilə bağlı həbs edilənləri tanımadığını da qeyd etdi: "Mən nə Taleh Bağırovu, nə də o biri həbs edilənləri tanıyıram. O şəxslər mənim evimi yandırmaq istəsəydilər ən azından həyətə girərdilər. Onlar mənim darvazamın qapısından içəri keçməyiblər. Mitinq zamanı nələrdən istifadə ediblər, onu da deyə bilmərəm. Ümumiyyətlə inanmıram ki, Taleh Bağırov mənim bağ evimi yandırmaq səviyyədə insan olsun". Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda aprelin 2-də naməlum şəxslərin Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atdıqları bildirilir. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılmış, birinci mərtəbənin şüşələri sındırılmış və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA