Təhsil Nazirliyi xəbərdarlıq etdi

img

12-04-2013 [11:23]


Azərbaycan Respublikası Təhsil Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçülərinə xəbərdarlıq edib. Proqram təqaüdçüləri hər tədris ilinin sonunda TN-nə şəxsən gələrək müvafiq hesabat verməli və qeydiyyatdan keçmələridirlər. Qeydiyyat iyunun 1-dən başlayır. Bunun üçün təqaüdçülər təhsil müəssisəsi tərəfindən verilmiş, tədris ilinin bitməsi və növbəti tədris ilinə keçmə, eyni zamanda növbəti tədris ilində semestrlərin başlanma, bitmə tarixlərini (gün, ay, il) özündə əks etdirən rəsmi arayışı (notarial qaydada Azərbaycan dilinə tərcümə və təsdiq edilmiş), qiymət cədvəlindən çıxarışı (notarial qaydada Azərbaycan dilinə tərcümə və təsdiq edilmiş), istifadə edilmiş aviabileti (minik talonu ilə birgə), şəxsi bank hesabından çıxarışı (TN tərəfindən köçürülən vəsaitə dair), xarici pasportunun surətini, təqaüdçü tərəfindən doldurulmuş müvafiq anketi (saytdan yüklənir) təqdim etməlidir. Rezidenturada təhsil alan tələbələr həkim-professorlar tərəfindən onları ümumi (ilboyu) fəaliyyətlərini qiymətləndirən arayış təqdim etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA