Həcc ziyarətinə qiymətlər bahalazdı

img

11-04-2013 [10:34]


Həcc ziyarəti üçün sənəd qəbulu davam edir. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Həcc ziyarətinə getmək istəyən zəvvarlar QMİ-nə müraciət edərkən ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq durumunu təsdiq edən tibbi arayış, 4 ədəd şəkil təqdim etməlidir. Qurumdan bildirilib ki, Həcc ziyarətinə gedəcək zəvvarlar bu il də ötən il olduğu kimi, ziyarətə yalnız təyyarə ilə yola düşəcəklər. Səfərə nə qədər maliyyənin xərclənməsi otellərin qiymətindən asılı olaraq müəyyən olunacaq. Belə ki, Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 və 4100 manatdır. 8 nəfərlik otaqda qalmaq istəyənlər 3250, 4 nəfərlik otaqlarda qalmaq istəyənlər isə 4100 manat ödəyəcəklər. Hər iki halda hotel tərəfindən zəvvarlara gündə iki dəfə yemək veriləcək. Qeyd edək ki, ötən il Həcc ziyarəti üçün təklif olunan qiymətlər 3090 və 3850 manat idi(Gun.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA