?Binə? aksiyasında saxlanılanlarla bağlı yeni xəbər

img

11-04-2013 [04:02]


Yanvarın 19-da ?Binə? ticarət mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq orqanı tərəfindən keçirilən tibbi ekspertizaların rəyi açıqlanıb. Məlumatına görə, istintaq orqanı tərəfindən bir neçə şəxs barəsində tibbi ekspertiza keçirilib. Onlardan 4 nəfəri polis əməkdaşı, digərləri isə aksiya iştirakçıları olub. Ekspertiza həmin şəxslərin müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə rəy verib. Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıblar. Məlumatda bildirilir ki, yanvarın 19-da "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər. Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA