TQDK-dan məhdud fiziki imkanlı insanlar üçün güzəzt

img

10-04-2013 [11:07]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əvvəlki illərdə olduğu kimi cari ildə də sınaq və qəbul imtahanlarında iştirak etmək istəyən məhdud fiziki imkanlı insanlar üçün imtahan zamanı zəruri şərait yaradacaq. Bunun üçün xüsusi kateqoriyaya aid olan bu insanlar müvafiq təsdiqedici sənədləri TQDK-ya və ya Sənəd Qəbulu Komissiyalarına təqdim etməli və qeydiyyatdan keçməlidirlər. Əvvəlki illərdən fərqli olaraq məhdud fiziki imkanlı insanlar TQDK-ya və ya Sənəd Qəbulu Komissiyalarına şəxsən müraciət etmədən də qeydiyyatdan keçə bilərlər. Qeydiyyatın aparılması üçün TQDK-nın internet saytında xüsusi səhifə (tqdk.gov.az/mfii) açılıb. İştirak edəcəyi imtahanların növündən və sayından asılı olmayaraq bu şəxslərin cəmi bir dəfə qeydiyyatdan keçmələri kifayətdir. Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsini və Pin kodunu, tələb olunan digər məlumatları elektron formanın müvafiq sahələrinə daxil etmək və fiziki imkanın məhdud olmasını təsdiq edən sənədin scan edilmiş surətini (jpeg faylını) elektron formaya qoşmaq lazımdır. Qeydiyyatdan keçmiş şəxslər imtahana gələn zaman digər tələb olunan sənədlərlə yanaşı fiziki imkanın məhdud olmasını təsdiq edən sənədin əslini də mütləq özləri ilə gətirməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA