Nazir direktoru izdən qovdu; Səhiyyə naziri Oqtay Şirəliyev kadr islahatlarına bazladı

img

09-04-2013 [06:31]


Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) direktoru Sənan Kərimov işdən çıxarılıb. Sənan Kərimovun yerinə Sabunçu rayon 3 saylı Xəstəxanasının Cərrahiyə Şobəsinin müdiri Nazim Qasımov təyin olunub. Məlumatı Həkimlərin Təkmilləşdirmə İnstitutunda da təsdiq etdilər. Telefon zəngimizə cavab verən və adını bizə bildirməkdən imtina edən institutun xanım əməkdaşı ADHTİ-yə Nazim Qasımovun rəhbərlik etdiyini dedi. Bununla belə həmsöhbətimiz 2009-cu ildən instituta rəhbərlik edən Sənan Kərimovun hansı səbəbdən işdən çıxarıldığı barədə danışmaq səlahiyyətində olmadığını da sözlərinə əlavə etdi(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA