Hüseyn Bağırov cənub bölgəsində vətəndazlarla görüz keçirib

img

09-04-2013 [03:19]


Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov cənub bölgəsinin əhatə etdiyi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşları ilə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində görüş keçirib. ?Qafqazinfo? xəbər verir ki, nazir yerli sakinlərin şikayət və təkliflərini dinləyib. Görüşdə H.Bağirovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-dən artıq vətəndaşın müraciətlərinə baxılıb. Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə ilə bağli şikayət və təkliflər dinlənilmiş, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb. Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur.#601;k ki, bel

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA