Usubov Bakı polisində kütləvi yerdəyizmə edib, Əhməd Əhmədzadənin qardazı oğlu rəis oldu

img

09-04-2013 [11:59]


Bakının polis orqanlarında kütləvi yerdəyişmə olub. Bu barədə Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Mühafizə İdarəsinin Xətai rayon mühafizə şöbəsinin rəisi Natiq Dəmirov tutduğu vəzifədən azad edilib. Onun yerinə Nəsimi rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi Azad Quliyev təyinat alıb. R.Usubovun imzaladığı digər əmrlərlə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəisi Nasir Babayev Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə, 20-ci Polis Bölməsinin rəisi Sahib Babayev Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə, 2-ci Polis Bölməsinin rəisi Sultan Zeynalov 1-ci Polis Bölməsinə, 1-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov isə 21-ci Polis Bölməsinə rəis təyin olunublar. Bundan başqa, daxili işlər nazirinin əmri ilə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəisi Arif Məmmədov sərəncama göndərilib. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin rəis müavini Rəşad Əhmədzadə 6-cı Polis Bölməsinə, Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin rəis müavini Vidadi Qurbanov isə 36-cı Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, rəis müavini vəzifəsindən 6-cı Polis Bölməsinə rəisi vəzifəsinə təyin olunan R. Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA