Ziya Məmmədov nazirliyin adından istifadə edən 40 izçisini qovub

img

09-04-2013 [11:14]


Bakıda 1.3 il ərzində 40 nəqliyyat müfəttişi tutduğu vəzifədən azad edilib. Bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. Onun sözlərinə görə, bu dövrdə sürücülərə qarşı mənfi münasibət, onların etibarından sui-istifadə edərək korrupsiya meyillilik göstərdiyinə, vəzifə səlahiyyətlərini aşdığına, vətəndaşlara kobudluq etdiyinə görə nəqliyyat müfəttişləri işdən çıxarılıblar. O deyib: ?İşdən azad edilənlərin 9-nun işi aidiyyatı üzrə hüquq mühafizə orqanlarına təqdim olunub. Çox təssüflər olsun ki, bəzi müfəttişləri hələ də sürücülərin etibarından sui-istifadə edərək onları aldadır, özlərini Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edirlər. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional İdarəsi adından hüquqi və fiziki şəxsələrə, taksi sürücülərinin nəzrərinə çatdırırıq ki, ödənişlər yalnız qanunə müvafiq qaydada aparılmalıdır. Xahiş olunur ki, adi yerlərdə nazirliyin adından istifadə edərək onlardan pul istəyən şəxslərə ödəniş etməsinlər. Onlar dələduzluqla məşğul olan insanlardır və nazirliyin adından istifadə edirlər". (SalamNews)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA