Gədəbəydə icra Hakimiyyətinə hücum: əraziyə FHN və polis əməkdazları cəlb olunub

img

08-04-2013 [02:03]


Ötən gün 150- yə yaxın sahibkar Gədəbəydəki mərkəzi bazarın yandırılması ilə bağlı İcra Hakimiyyətinin qarşısında aksiya keçirmişdi.İcra hakimiyyətindən onlara bildirmişdilər ki, dəymiş zərər qiymətləndiriləndən sonra hər kəsə kompensasiya veriləcək. Azadlıq.infonun məlumatına görə, bugün 300 nəfər sakibkar ?kruq? adlanan yerə yığışıb, yenidən İcra Hakimiyyətinə yürüş ediblər. Rayon sakinlərininin verdiyi məlumata görə, etirazçılar İcra Hakimiyyətinə çatmamış, İcra başçısı özü onların qarşısına gələrək bildirib ki, 2 günə problem həll olunacaq. ? Əraziyə Fövqəladə Hallar Nazirliyinin və Gədəbəy rayon polisinin əməkdaşaları səfərbər olunub. Ancaq İcra başçısı bildirdi ki, vicdanıma and olsun 2 günə probleminiz həll ediləcək?- deyə rayon sakini bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA