icra bazçısının oğlu bankın 500 min manatını mənimsəyib; Nizaməddin Quliyevin oğlu danızdı

img

08-04-2013 [11:51]


Həbs olunan iş adamı Müqayis Verdiyev ölkə başçısı Ilham Əliyevə məktub ünvanlayıb. Məktubun bir nüsxəsini də redaksiyamıza yollayan iş adamı yazır ki, onu Goranboy rayon Icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin sifarişi əsasında həbs ediblər. ?Nizaməddin Quliyev məni anam dünyasını dəyişən gün həbs etdirib. Nəzərinizə çatdırım ki, bir sahibkar olaraq Azərbaycanımızın gözəlləşməsi və abadlaşması üçün əlimdən gələni etmişəm. Həmin inşa etdiyimiz və abadlaşdırdığımız, habelə yenidən qurduğumuz obyektlərin bir çoxlarının açılışını da məhz Siz etmisiniz. Buna misal olaraq Yevlax və Imişli rayonlarında gördüyüm işləri çox bəyənmisiniz?. Müqayis Verdiyev Imişli rayonunun icra başçısı Vilyam Hacıyevin sahibkarlara yaratdığı problemlərdən də məktubundan söz açıb: ?Sizin müdaxiləniz nəticəsində problem həllini tapdı və buna görə biz sahibkarlar sizə təşəkkür məktubu yazdıq. Ancaq eyni problem Goranboy rayonunda da yaşandı. Belə ki, doğulub boya-başa çatdığım Goranboyda da abadlıq və quruculuq işlərini həyata keçirməyə çalışdım. Nəzərinizə çatdırım ki, icra başçısı Nizaməddin Quliyevin oğluna məxsus ?Fəqan-Xidmət" şirkəti bir müddət əvvəl keçirilmiş tenderin qalibi olub. Bu həmin şəxsdir ki, ?Kapital Bank?ın Mingəçevir filialının rəhbəri işləyirdi və 500 min manatlıq yeyinti faktına görə oradan işdən çıxarıldı. Həmin vaxt atası Nizaməddin Quliyev onu yaranmış problemdən qurtara bildi. Tender məsələsində isə bizi rayona dəvət edərək, nəzərdə tutulan işləri bizim həyata keçirməyimizi istədi. Mənim üzərimə düşən işin xərcləri 256 min manat oldu ki, onun da 100 min manatını icra başçısı ödədi. Razılaşma əldə olundu ki, bütün işlər başa çatdıqdan sonra 156 min manat da ödəniləcək. Ancaq işlər başa çatdıqdan sonra həmin pulu ödəməkdən imtina etdi". Müqayis Verdiyevin sözlərinə görə, o, icra başçısından pulu tələb etdikdən sonra Nizaməddin Quliyev müavini Baxış Abdullayevə göstəriş verərək rayonda etiraz aksiyası təşkil etdirdi: ?Baxış Abdullayev fəhlələri Icra Hakimiyyətinin binası qarşısına yığaraq onların etiraz aksiyasını təşkil etmişdi. Bu əməli həyata keçirəndən sonra guya mənim rayonda iğtişaş törətmək istədiyimə dair yalan məlumatları yuxarı dairələrə çatdırdı. Ardından isə həbsimi təşkil etdirdi. Məqsəd isə oğlunun yeyib-dağıtdığı pulları ört-basdır etmək idi. Çünki icra başçısının oğlu bu dəfə də tenderin pullarını mənimsəyərək atasını çətin vəziyyətə qoyub?. Yayılan məlumatlara görə, icra başçısının oğlu ölkədən qaçıb. Xarici ölkələrdən birinə sığınan Ramal Quliyev ölkəyə gəlməyə qorxur. Ancaq bizimlə söhbətində Ramal Quliyev deyilənlərin yalan olduğunu bildirdi: ?Mən heç bir yerə qaçmamışam. Bakıdayam, öz işimdə çalışıram?. Icra başçısının oğlu iş adamının dediklərinə də münasibət bildirib. Ramal Quliyevin sözlərinə görə, onun ?Fəqan-Xidmət?lə heç bir əlaqəsi yoxdur: ?Bu şirkət 2000-ci illərin əvvəlində qeydiyyatdan keçib. Mənim ?Fəqan-Xidmət"lə heç bir əlaqəm yoxdur. Heç vaxt da bu şirkətin rəhbəri olmamışam. Mətbuatda mənim haqqımda yazılanların hamısı yalandır. ?Fəqan-Xidmət? Mingəçevir rayonunda qeydiyyatdan keçib, mən də Mingəçevirdə işləmişəm, ancaq bu o demək deyil ki, bu şirkətlə hər hansı bağlılığım var. Hazırda isə Bakıdayam, öz işimlə məşğulam"(azadliq.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA