74 yazlı icra bazçısı Bakı və Abzeronda mülk alır

img

08-04-2013 [11:32]


Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev hər an vəzifədən azad olunacağı barədə sərəncam veriləcəyini gözləyir. O, artıq başa düşür ki, 74 yaşı tamam olub. Ən uzağı, bir il bu vəzifədə işləyə biləcəyini də etiraf edir. Amma bununla belə, hər gün sərəncamının oxunacağını da gizlətmir. Etiraf edir ki, artıq əvvəlki güc və enerji ilə işləyə bilmir. İnformasiyalı qaynağın iddiasına görə, bu səbəbdən də başçı artıq tədarükün görür: O, artıq rayondakı bir neçə obyektlərini satıb, bəziləri də satışdadır. Rayonda şəxsi üçün başladığı işlərin hamısını da demək olar ki, saxlayıb. Arıq o, Xaçmaz və ətraf rayonlarındakı biznes və mülklərini Bakı və Abşerona köçürür. Mənim bildiyimə görə, icra başçısı Xırdalanda ? Heydər Əliyev parkı ilə üzbəüz tikilən yüksəkmərtəbəli binanın ikinci mərtəbəsini tamamilə satın alıb?. 1939-cu il aprelin 1-də 74 yaşı tamam olan başçının rayondakı vəziyyətə nəzarət edə bilmədiyini də deyən müsahibimiz bildirir ki, Kəlbəcərin işğalı günü rayonda keçirilən konsert də bunu təsdiqləyir: ?Yaşlaşmış icra başçısını artıq icra hakimiyyətinin yüksək vəzifəli yerli məmurları da qəbul etmirlər. Əksi olsaydı, ən azı Şəmsəddin Xanbabayevə həmin günü Kəlbəcərin işğalı günü xatırladar və nəzərdə tutulan tədbiri bir gün ertələməyi məsləhət görərdilər. Sanki bilərəkdən bunu etdilər ki, başçının durumu haqda təəssüratlar güclənsin?. Məlumatlı şəxs deyir ki, Xaçmazda bir neçə vəzifəli məmur Xanbabayevin postunu tutmaq üçün çalışır: ?Həmin məmurlardan biri isə onun müavinidir?(mia.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA