Prokuror müavini Zakir Qaralovdan pulunu tələb edir; ?Zamprokuror? məhkəməyə üz tutdu

img

08-04-2013 [10:17]


Baş prokuror Zakir Qaralova qarşı prokurorluğun daha bir yüksək vəzifə sahibi məhkəmə qaydasında iddia qaldırıb. Informasiyalı şəxsin iddiasına görə, Ağcabədi rayon prokuroru Salman Səmədovun müavini Əsgər Bəkirov Azərbaycan Respublikası Baş Prokurorluğundan şikayət edib. ?Pomprokuror?un şikayəti isə əmək haqqı, istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın ödənilməməsi və sair məsələlərdən bəhs edir. O, əvvəlcə bu şikayətlə Səbail rayon Məhkəməsinə müraciət edib. Ancaq həm bu məhkəmə, həm də Bakı Apellyasiya Məhkəməsi onun iddialarını rədd ediblər. Əsas səbəb isə şikayətin aidiyyatı üzrə məhkəməyə təqdim olunmaması göstərilir. Mia.az "Reytinq" qəzetinə istinadən xəbər verir ki, bundan sonra Ağcabədi rayonunun prokuror müavini Əsgər Bəkirov Baş Prokurorluğa qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırıb: ?Ancaq həmin məhkəmə instansiyası da ?Pomprokuror?un iddiasını təmin etməyib. Hazırda həmin məhkəmə instansiyasının qərarından apellyasiya verib?. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarından verilmiş şikayətin Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul edildiyini deyən müsahibimiz bildirir ki, həmin məhkəmədə işə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılır: ?Hakim Əsgər Bəkirovun Baş Prokurorluğa qarşı əmək haqqı və sair tələblərindən bəhs edən şikayət üzrə aprelin 10-a proses təyin edib?. Məhkəmənin sonucu barədə oxucularımızı məlumatlandırmağa çalışacağıq. Yazıda adları çəkilən tərəflərin mövqeyini də dərc edə bilərik. Yeri gəlmişkən, xatırladaq ki, Baş Prokurorluğa qarşı bu və ya digər səbəblərdən prokurorluğun hazırkı və sabiq əməkdaşları tərəfindən çoxsaylı iddialar qaldırılıb. Lakin onların mütləq əksəriyyəti Baş Prokurorluğun xeyrinə yekunlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA