Gəncənini yeni polis rəisinə zok ittiham; Faiq Şabanovun qardazının telefon danızığı açıqlandı

img

07-04-2013 [03:58]


?Qoca Quliyevə işgəncə verilib, bunu özü mənimlə danışanda deyib. Bu faktdır?. Bu sözləri ?Azadlıq?a baş nazirin sabiq müavini Abbas Abbasovun qohumu Qoca Quliyevin xanımı Ilahə Quliyeva DIN-in açıqlamasında münasibət bildirərkən deyib. Xatırladaq ki, DIN martın 28-də həbs edilən Qoca Quliyevə heç bir işgəncə verilmədiyini bəyan edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Qoca Quliyevin həbsində Gəncənin polis rəisi Faiq Şabanovun qardaşı Ilqar Şabanovun adının hallandırılmasını da yersiz hesab edib: ?Bu Ilahə Quliyevanın söylədiklərinin qeyri-obyektiv və qərəzli olduğunun daha bir göstəricisidir. Mən Ilqar Şabanov ilə əlaqə saxlamışam. O, Qoca Quliyev adlı şəxsi tanımadığını, bu məsələdə onun adının hallandırılmasından təəccübləndiyini bildirib?. İlahə Quliyeva isə bildirib ki, İlqar Şabanovun Qoca Quliyevlə telefon danışığı olub. O, Qoca Quliyevə bildirib ki, əgər üstündə silah varsa təhvil versin: ?Yoldaşım isə bildirib ki, məndə silah yoxdur. Bu danışıq martın 27-də olub. Ilqar Şabanovun telefon nömrəsini də saxlamışıq. Lazımdırsa Daxili İşlər Nazirliyinə təqdim edə bilərik. İlqar Şabanovla danışığın səhəri, yəni martın 28-də yoldaşımı tutublar. Onun qabağına qumbara, narkotika, tapança qoyublar. Işgəncə veriblər ki, bunların onun üzərindən çıxdığını boynuna almalıdır. Bütün bunlar faktdır. Mən xahiş edirəm ki, bu məsələni ciddi araşdırsınlar. Mənim yoldaşım günahsız tutulub. Biz Abbas Abbasovla qohum olduğumuza görə təzyiqlərə məruz qalmışıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA