06-04-2013 [15:08]
İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə rayonun abadlaşdırılması, təmir-tikinti prosesində iştirak edən iş adamları ilə bir müddət əvvəl yaranan qalmaqal yenidən qızışıb. Bir müddət öncə iş adamları ilə icra başçısının razılığa gəlindiyi bildirilsə də, indi bəlli olur ki, V.Hacıyev hələ də həmin şəxslərlə arasında olan pul problemini həll etməyib.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) məlumat verən «Omis» MTK-nın rəhbəri Osman İsayev V.Hacıyevin görülən iş üçün razılaşdıqları pulu vermədiyini bildirib. Onun sözlərinə görə, rəhbəri olduğu «Omis» MTK tərəfindən İmişli şəhərinin girəcəyi, hasarın, yolun çəkilməsi, yolkənarı obyektlərin aqlay işlərini görüblər, amma bu günə kimi veriləcək 40 min manatı ala bilməyiblər: «Mənimlə bərabər, 13 iş adamı ilə Vilyam Hacıyev arasında problem yaranıb. Yəni, hər şirkət bir işi görüb, amma söz verilən pulu ala bilməmişik, daha doğrusu, icra başçısı pulu verməkdən imtina edir. Elə iş adamı var ki, Vilyam Hacıyevin ona 250 min, 100 min manat borcu var. Ən kiçik məbləğ bizimkidir – 40 min manat. Ümumilikdə isə 700 min manatdan söhbət gedir ki, Vilyam Hacıyev onu verməkdən imtina edir. Pərviz Zahirova 130 min manat, Nadir Feyziyevlə Cahangir müəllimə bir yerdə 370 min manat, Cavanşir müəllimə 80 min manat, Vaqif Məmmədova 100 min manat borcu var. İşi görüb, qurtarandan sonra hamı pulunu istəyəndə, dedi ki, verəcəm, bir qədər keçəndən sonra isə bildirdi ki, ümumiyyətlə, sizə verəcəyim yoxdur. Bu cavabı eşidəndən sonra etiraz elədik ki, gördüyümüz işləri sökürük. Vilyam Hacıyev buna ehtiyac olmadığını, məsələni həll edəcəyini bildirdi. Amma sonradan Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayət elədi ki, guya biz hansısa qanunsuz iş görürük. İcra başçısından narazı qalan iş adamları Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində sorğu-sual edildi və nəticədə Vilyam Hacıyevin təqsirli olduğu, bizim pulumuzu vermədiyi ortaya çıxdı».
O. İsayevin sözlərinə görə, təxminən bir ay, ay yarım bundan əvvəl Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Vilyam Hacıyev onlara söz verib ki, həftənin birinci günü pullarını verəcək. Ancaq o vaxtdan bəri yenə də pulu verməkdən imtina edir: «Biz işin görülməsi ilə bağlı müqavilə bağlamaq istəyəndə dedi ki, kişinin sözü elə müqavilədir. Bir də ki, bu günə kimi bir neçə dəfə iş görmüşük, pulumuz verilib. Yəni, arada bir etibar olub, amma sonda bu etibardan sui-istifadə edilib. Dəfələrlə zəng edirik, amma heç kimin telefonuna cavab vermir. Bundan əlavə, Samux rayonundakı beton zavodunun müdirinin 400 min manatı, həmçinin, bir də üç nəfər iş adamı var ki, onların da müəyyən məbləğdə pulları verilmir. Nadir müəllimlə Üzeyir müəllim dünən Vilyam Hacıyevin qəbulunda olublar. İcra başçısı onlara deyib ki, «mənim dədəmin evində işləməmisiz, Prezident üçün işləmisiz, o da bu işlər üçün 2 milyon pul ayırıb, onun da bir milyonu geri qayıdıb. Ona görə də gedin, pulunuzu Prezidentdən alın»,-deyib».
Hüquq-mühafizə orqanlarına şikayət edib-etməyəcəklərinə gəlincə, O.İsayev deyib ki, müsbət nəticə olacağına inanmadıqları üçün belə bir təşəbbüs qaldırmaqda maraqlı deyillər: «Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Vilyam Hacıyev borcunu qaytaracağına söz versə də, bir neçə gündən sonra vədinə xilaf çıxdı. O boyda idarədən sonra harasa şikayət etməyin mənası yoxdur. Məsələylə bağlı Vilyam Hacıyevi Prezident Administrasiyasına da çağırıblar, problemi həll etməyi tapşırıblar, amma nəticə yoxdur».
Məsələylə bağlı münasibət öyrənmək üçün Vilyam Hacıyevlə əlaqa saxladıq. Amma icra başçısı sualı dinləmədən "Xahiş edirəm müavinlə əlaqə saxlayın”. – deyərək telefonu üzümüzə qapadı. İcra hakimiyyətinə dəfələrlə zəng etsək də, telefona cavab verən olmadı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi