Səbaildə iməclik keçirilib

img

06-04-2013 [02:32]


Səbail rayonda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməclik Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Səbail rayonunun idarə və təşkilatları, təsərrüfat xidmətləri, təhsil müəssisələrinin kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 500 nəfərin iştirakı ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublikamızın sakinləri və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin gənub-qərb giriş yolu olan, ?Şıx? yaşayış sahəsində, Salyan yolu boyunca keçirilmişdir. İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılımış, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilmiş, ?Dostluq parkı?ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı salınmış, 5000 kv. metr sahəyə yaşıl ot qatı salınmış, 2000 ədəd yeni ağac, 200 ədəd dekorativ kollar əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır. Həmin ərazisində yerləşən, keçən əsrin 70-ci illərində Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış ?Dostluq parkı?nın ərazisində yeni veloparkın yaradılması məqsədi ilə böyük yenidənqurma işləri aparılıb, burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir. Keçirilən iməclik ərzində burada 10 min ədəd yeni ağac əkilmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilmiş, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilmişdir. Bayrama çevrilmiş tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, rayonun təsərrüfat xidmətlərinin və orta təhsil müəssisələrinin kollektivləri xüsusi ilə fərqlənmişlər. Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı və həmçinin rayon ictimaiyyətinin Ulu öndərimizin xatirəsinin yad olunmasına bir töhfə olmuşdur. Böyük bayram əhval-ruhiyyəsi ilə keçirilən iməcliklərin davamlı olması, yay aylarında rayon ərazisində bu il əkilmiş ağaclara qulluq olunması və mütəmadi olaraq suvarılması nəzərdə tutulmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA