Səhhəti pisləzən icra bazçısına 2 milyon ayırıldı

img

05-04-2013 [07:02]


Prezident İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama görə, 70 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 (iki) milyon manat ayrılıb. Mia.az-ın xəbərinə görə, Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Xatırladaq ki, Abşeronun icra başçısı Zakir Fərəcovun səhhəti qaydasında deyil. O, səhhətindəki problemlər səbəbindən ölkənin tez-tez tərk etmək məcburiyyətində də qalır. Bu barədə iki gün əvvəl mia.az məlumat yayıb. Məlumatda bildirilir ki, Zakir Fərəcov səhhətindəki problemlər üzündən tez-tez xaricə gedir: ?Onun Almaniyada müalicə olunduğu haqda məlumatlar da var. Yaxınları Zakir müəllimin ürək, qan-damar sistemində sıxıntıların olduğunu deyir. Ancaq icra başçısının qan xəstəliyindən əziyyət çəkdiyini iddia edənlər də var. Bildirilir ki, Zakir Fərəcov xaricə tez-tez gedişi qan köçürülməsi ilə əlaqəlidir?. Məlumatda o da deyilirdi ki, Zakir Fərəcovun səhhətindəki problemlərə görə rayondaxili verilən sərəncam və əmrlərin böyük əksəriyyətinin də Başçının müavini, həm də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində olan İradə Gülməmmədova imzalayır (Həmin məlumatları bu linkdən oxumaq olar: http://www.mia.az/news/25659.html). Son məlumata görə, hazırda Azərbaycanda - Novxanıdakı bağ evində yaşayan Zakir Fərəcov ara-bir işə çıxsa da, o, yaxın həftələrdə yenidən müalicə üçün ölkəni tərk edəcək. Məlumatla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA