Oğlu adam öldürən icra bazçısının müavini izdən çıxarıldı

img

04-04-2013 [09:10]


Tərtər rayon icra hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub. Rayondan daxil olan xəbərə görə, bu qərara bir müddət öncə məmur oğlunun davranışı səbəb olub. Xatırladaq ki, V.Bəylərovun oğlunun "avtoşluğu" bir nəfərin həyatına son qoyub. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib. Tərtər rayon icra başçısının köməkçisi Camal müəllim xəbəri təsdiqləsə də, V.Bəylərovun işdən azad olunması haqda sərəncamın nə ilə bağlı olduğunu demək istəmədi: ?Onun özü ilə əlaqə saxlayın. Qoy, hansı səbəbdən işdən azad olunduğunu özü desin?(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA