Növbəti sınaq imtahanına yazılız bazlayıb

img

04-04-2013 [10:16]


Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən növbəti sınaq imtahanına yazılış başlayıb. TQDK-nın rəsmi saytında yer alan məlumata görə, abituriyentlər aprelin 21-də keçiriləcək sınaq imtahanında iştirak etmək imkanı əldə edəcək. Aprelin 21-də keçiriləcək sınaq və 28-də keçiriləcək təkrar sınaq imtahanı iştirakçılarına yeni (2 nömrəli) test kitabçası təqdim olunacaq. Qeyd edək ki, TQDK aprelin 7-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA