icra bazçısını Beyləqanda döydülər; Vaqif Abdullayev hadisəni gizlətməyə çalızır

img

03-04-2013 [05:07]


İki gün öncə Beyləqan rayon icra hakmiyyətinin başçısı Vaqif Abdullayev sahibkar Tərlan Kamaloğlu tərəfindən döyülərlərək ciddi xəsarətlər alıb. Bu barədə rayondakı mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən istirahət parkında kafe və bir neçə çayxana sahibi olan Tərlan Kamaloğlu ilə rayonun icra başçısı Vaqif Abdullayev arasında axşam saatlarında qalmaqal yaranıb. Buna səbəb isə icra başçısının sahibkara istirahət parkının abadlaşdırılması üçün verilən göstərişlərin əməl edilməməsi olub. Bundan qəzəblənən Vaqif Abdullayev Kamal Tərlanoğlunu əhali arasında təhqiramiz söyüşlərlə təhqir edib. Məlumatlara görə, icra başçısının söyüşlərini həzm edə bilməyən Tərlan Kamaloğlu yerdən qaldırdığı "kərbiclə" Vaqif Abdullayevin üz nahiyyəsindən vuraraq onu yerə sərib. Daha sonra yerə yıxılan icra başçısına sahibkar tərəfindən təpiklə də xəsarətlər yetirilib. Lakin istirahət parkında dincəlməyə gələn vətəndaşların səyi nəticəsində qalmaqal səngiyib. Sahibkar Tərlan Kamaloğlu isə rayon polis şöbəsinə aparılıb. Amma icra başçısı bu məsələyə görə sahibkarın həbs edilməsini istəməyib. Vaqif Abdullayev rayon polis şöbəsinə tapşırıb ki, sahibkar Tərlan Kamaloğlu müəyyən vaxta qədər azad edilsin. Ancaq nəzarətdə saxlanılsın. Çünki icra başçısı sahibkarı başqa bir saxta ittiham ilə həbsini planlayıb. Bundan əlavə, son günlər Vaqif Abdullayev rayon səhiyyə şöbəsinin, mədəniyyət və turizim idarəsinin və təhsil şöbəsinin rəhbərlərinin hər birindən 10 min manat pul tələb etdiyi də bildirilir. Əks təqdirdə isə icra başçısı onları vəzifələrindən qovacağı ilə hədələyib. Lakin icra başçısının döyülməsi həmin şəxsləri sevindirib. Bunlardan biri isə Beyləqanın təhsil şöbəsinin müdiri Tofiq Sadıqov olub. Elə icra başçısı döyülən axşam Tofiq Sadıqov bunu rayon restoranlarının birində qeyd edib. Hətta Tofiq Sadıqov "dinsizin öhdəsindən imansız gələr" Vaqif Abdullayevin ünvanına fikirlər səsləndirib(AzeriNews.org). Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA