Səbail icra Hakimiyyətindən növbəti xozməramlı addım: Şəhid Tofiq Məmmədovun xatirəsi anılıb

img

03-04-2013 [04:48]


[/center] İcra hakimiyyətindən verilən məlumatda bildirilir ki, məktəbin şagirdləri Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeyrlər səslənmiş, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Daha sonra isə şəhidin döyüş dostları, yaxınları çıxış edərək Tofiq Məmmədov haqqında öz xatirələrini danışmışlar. Qeyd olunmuşdur ki, ermənilərin Azərbaycanın dilbər güşəsi olan Qarabağda Azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Tofiq 1991-ci ilin dekabr ayında bir qrup vətənpərvər gənclərlə birgə Şəhidlər Xiyabanında and içərək yenicə formalaşmış konüllülərdən ibarət batalyonun tərkibində o zaman qızğın döyüşlərin getdiyi Şuşa bölgəsinə göndərilmişdir. Şuşanın ətraf qəsəbə və kəndlərinin müdafiəsində Tofiq Məmmədov yaxından iştirak etmiş, özünü qorxmaz və bacarıqlı əsgər kimi göstərmiş, Kərkicahan uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. Həmin il dekabrın 27-dən 28-nə keçən gecə mühasirədə olan Kərkicahanda düşmənin böyük üstünlük təşkil edən və yaxşı silahlanmış canlı qüvvələri ilə qeyri-bərabər döyüşdə əsgər yoldaşlarının mühasirədən çıxması üçün böyük şücaət göstərərək qəhrəmancasına həlak olmuşdur. İcra hakimiyyətindən bildirilib ki, onun ailəsi hərtərəfli diqqət və qayğı ilə əhatə olunub: ?Bu gün oxuduğu məktəb və yaşadığı küçə onun adını daşıyır. Qəsəbədə inşa olunmuş ?Badamdar şəhidləri? Xatirə Komplesində onun şəkili vardır. Tofiqin hər iki övladı atalarının adını daşıyan məktəbi bitirmiş və onunla fəxr edirlər. Mütəmadi olaraq məktəbdə keçirilən tədbirlərə şəhidin anası Bədircahan xanım və ailə üzvləri dəvət olunur, məktəbin şagirdləri ?Şəhidlər Xiyabanı?nda şəhidin qəbrini ziyarət edirlər. Hər ilin dekabr ayında şəhidin doğum günü təntənəli şəkildə qeyd olunur, ruhuna ehsanlar verilir?. Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova yeniyetmə və gənclərin hərbi vətnpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində bu kimi tədbirlərin mühüm rol oynadığını bildirmiş, bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir. Sonda isə şəhidin anası və ailə üzvləri, döyüş dostları Tofiq Məmədovun xatirəsinin yad olunmasına görə öz minnətdarlıqlarını bildirmişlər. Xatırladaq ki, Tofiq Məmmədov ?Şəhidlər Xiyabanı?nda dəfn olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA