Milli Məclisin zöbə müdiri ilə deputat qohum oldu

img

03-04-2013 [10:05]


Azərbaycanda daha bir deputat-məmur qohumluğu baş tutub. Mia.az ?Qafqazinfo?ya istinadən xəbər verir ki, Milli Məclis Aparatının Ümumi şöbəsinin müdiri Təlatüm Quliyev Gəncədən seçilən deputat Xanlar Fətiyevlə qohum olub. Şöbə müdirinin oğlu Böyükağa Quliyev deputatın qızı ilə nişanlanıb. Onların yaxın günlərdə toyu olacaq. Xanlar Fətiyev Milli Məclisin ən varlı deputatlarından biridir. O, 1994-1997-ci illərdə ?Elruz? kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə ?Avestas? firmasının baş direktoru, 2003-2004-cü illərdə ?Aznur? MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir. Böyükağa Quliyev isə AZAL-da işləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA