Heydər Əliyevin yubileyi ilə bağlı olimpiada keçiriləcək

img

02-04-2013 [02:34]


Heydər Əliyevin 90 illiyinə həsr olunmuş ?Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası?nın aprelin 5-i və 6-da keçirilməsi ilə bağlı Türk Özəl Liseyində mətbuat konfransı keçirilir. Olimpiadanın keçirilməsində məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilikləndirməkdir. Layihənin təşkilatçılarına Təhsil Nazirliyi, İDEA, Ekologiya və təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Televizya və Raio Yayımları Şirkəti, ?Çağ? Öyrətim İşlətmələri Şirkəti və ?İnepo-Avrasiya? Ekologiya İctimai Birliyidir. Bu il keçiriləcək VII İnepo-Avrasiya Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə qədər iştirakçı yarışacaqlar. Olimpiadaya 2012-ci ildə 42 ölkədən 250- dən artıq iştirakçı gəlib. Azərbaycan məktəblərindən 200-ə qədər layihə arasından 70 layihə, xarici ölkələrdən isə 48 layihə seçilib. 2013-cü ildə Azərbaycanla yanaşı, 45 xarici ölkədən 625 layihədən 52-si, Azərbaycandan isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-i növbəti mərhələyə keçib. Qeyd edək ki, tədbir 5-6 aprel 2013-cü il tarixlərdə Heydər Əlyev adına İdman Konsert kompleksində keçirələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA