Məcburi köçkünlər yolu bağladılar

img

02-04-2013 [01:45]


Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlər aksiya keçirirlər. Onların ANS PRESS-ə verdikləri məlumata görə, 5 nömrəli yataqxananın sakinləri, təxminən 50 ailə yolu bağlayıb. Əraziyə xeyli sayda sayda polisin toplaşdığı bildirilir. Aksiyaya səbəb isə yeni tikilən qəsəbədə bəzi sakinlərə müxtəlif bəhanələrlə evlərin verilməməsidir. Yolu bağlayan ailələr onlara Şurabadda ev verildiyini deyirlər. "Biz ora razıyıq. Amma ailələrə ayrılıqda ev verilməlidir". Xatırladaq ki, artıq ötən aydan məcburi köçkünlərin Bakı Dövlət Universitetinin yataqxanasından köçürülməsinə başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA