Lənkəran Mədəniyyət və Türizm idarəsində nələr baz verir?

img

02-04-2013 [01:18]


Bu yazını yazarkən Lənkərana səfərimiz zamanı şəhərin girəcəyində Samovar heykəli yanında salınan folklor şəhərciyində düşüncələrə daldım. Azərbaycanın necə zəngin folklor mədəniyyətinə sahib olduğunu və cənub bölgəsinin bu mədəniyyətin önəmli bir parçası kimi daima öncül yerlərdə getdiyini və ötən il məhz Lənkəranın Azərbaycanın folklor paytaxtı seçildiyini xatırladım və məhz bu yazını yazmaq qərarına gəldim. Lakin gördüklərimlə düşündüklərim qətiyyən bir-birinə uyğun gəlmədi, yekunda öz-özümə sual verdim: mədəniyyət ocaqları bu vəziyyətdə olan bir şəhərdə nəyə görə bu qədər pul xərcləyib, bu folklor şəhərciyini yaradıblar? Mən gördüm sizdə yazını oxuyub tanış olun. Bugün Lənkəranda Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbəsinin işi yalnız ?Nənələr? folklor qrupunu respublika əhəmiyyətli tədbirlərə çıxarmaqdan ibarətdir. Yəni mədəniyyət şöbəsinin mədəniyyətimiz üçün gördüyü iş bununla bitir, qalır digər ?işlər? . Bəli, digər işlər bugün hamımıza məlumdur ki, ölkəmizdə saysız-hesabsız kənd klubları və yerli mədəniyyət klubları var. Lakin onlar sadəcə kağız üzərində var, onların da fəaliyyəti yalnız formal sənədləri tərtib edərək, ayrılan puları mənimsəməkdən ibarətdir . Lənkəran şəhərində və Lənkəranın kəndlərində 30-dan çox klub və mədəniyyət ocaqları var. Ancaq dediyimiz kimi, sadəcə kağız üzərində. Lənkəranda istisna yalnız şəhər mərkəzində yerləşən əhalinin mədəniyyət evi kimi tanıdığı Qəni Vəliyev adına Mədəniyyət Mərkəzi müəyyən işləri ilə az-çox nəzərə çarpır. Separadi kənd mədəniyyət klubu demək olar ?Nənələr? qrupunun hesabına işləyir. Lakin bir il öncə Azərbaycanın folklor paytaxtı seçilən Lənkəran məədniyyətimiz üçün demək olar ki, heç bir iş görmür, əksinə sovet dönəmindən qalmış mədəniyyət mərkəzlərimiz bir-bir sıradan çıxır. Bu gün Lənkərana ölkəmizin və dünyanın bir çox yerlərindən qonaqlar gəlir, ancaq gələn qonaqlara göstərmək üçün nə bir mədəniyyətimiz, nə də olanları gələnlərə faydalı surətdə təşkil edib göstərə biləcək mədəniyyət- turizm işçisi var. Yerli mədəniyyət şöbəsi də yalnız bunu deməklə kifayətlənir ki, Lənkəranda yerləşən istirahət mərkəzləri onlarla işləməkdə maraqlı deyillər. Burda bir söz yada düşür, ya yerli mədəniyyət şöbəsi işi təşkil edə bilmir ,ya da bu turizm obyektlərindən o qədər pul istəyirlər ki, onlar da mədəniyyət şöbələri ilə işləməkdən imtina edirlər. Açığı, ağlabatan isə ikincidir, çünki Lənkəranda fəaliyyət göstərən 30-dan çox mədəniyyət evi və klublara rəhbərlik edənlər bu klublarda səmərəli kadrlar yetişdirib, bölgə mədəniyyətini, folklorunu gələn qonaqlara lazımi qaydada çatdıra bilsələr, hər şey başqa cür olar. Diqqətçəkən daha bir sual isə mədəniyyət ocaqlarında çalışanların mədəniyyətimiz üçün heç bir iş görmədiyi halda, onlara bu qədər əmək haqqının niyə verilməsidir. Dəqiqləşdirdi ki, bəzi hallarda kağız üzərində adları olanların adllarına əmək haqqı yazılsa da, faktiki həmin işçilər ya iş başında olmurllar, ya da komissiya gələndə işdə görünürlər. Onların əmək haqqları isə rəislərin cibinə gedir. Beləliklə iddia böyük olsa da, hərhalda reallğa əsaslanır, çünki aysberqin görünən tərəfi bizə bunu göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA