Nardaranda aksiya bazladı, ilahiyyatçının azadlığa çıxması tələb olunur - Video

img

01-04-2013 [03:34]


Hazırda Nardaranda ilahiyyatçı Tale Bağırzadənin həbsinə etiraz olaraq aksiya keçirilir. Artıq artıq aksiya başlayıb. Aksiyada ilahiyyatçının azadlığa çıxması tələb olunur. Naradaran istiqamətinə gedən Sabunçu yolu bağlanılıb. Aksiya iştirakçıları ?Amerikaya ölüm!?, ?Amerikanın və sionistlərin köməyilə məmurlar dindarları məhv edir? kimi fikirlər səsləndirirlər. Aksiyada çıxış edən və özünü Hacı Əli kimi təqdim edən kənd sakini deyib: ?Biz haqqımızı tələb edirik. Qarşıdan seçkilər gəlir. Bizi seçkilər qabağı hədə-qorxu ilə susdura bilməzlər?. Çıxışçılar həmçinin hazırda həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədovla Taleh Bağırovu müqayisə ediblər. Onun savadlı din xadimi olduğunu, bu cür həbslərlə dindarların qarşısını ala bilməyəklərini deyiblər. Çıxışçılar həmçinin deyiblər: ?Əsl narkomanlar, əsl silah alverçiləri azadlıqdadır. Amma onlar möminləri narkoman, silah alverçisi kimi həbs edirlər?. Aksiyanın keçirildiyi ərazidə polis gözə dəymir. Aksiyaya hər hansı müdaxilə olmayıb. DİN-dən bildiriblər ki, mitinqin yerli icra hakimiyyəti ilə razılaşdırılıb- razılaşdırılmamasından xəbərsizdirlər. ?Dəqiqləşdirmələrdən sonra məlumat veriləcək? deyə əlavə olunub. *** 15.28 Hazırda Nardaranda ilahiyyatçı Taleh Bağırzadənin həbsinə etiraz olaraq aksiya keçirilir. ?Qafqazinfo?nun məlumatına görə, artıq aksiya başlayıb. Aksiyada ilahiyyatçının azadlığa çıxması tələb olunur. Qeyd edək ki, Daxili İşlər Nazirliyi həbs olunan ilahiyyatçı Taleh Bağırzadənin və onun sürücü barəsində məlumat yayıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb. Xatırladaq ki, Taleh Bağırzadə 1984-cü ildə Bakıda doğulub. Azərbaycan İqtisad Universitetini bitirib. İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb. [center][flash width=425 height=350]http://www.youtube.com/v/if3ueojybg0[/flash][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA