Bankirlərə qarzı zikayət rədd olunub; Apellyasiya Məhkəməsi zərərçəkənlərin zikayətini baxızdan çıxarıb

img

01-04-2013 [10:02]


Bir neçə il əvvəl ayrı - ayrı əmanətçilərin 38 milyon manatını dələduzluq yolu ilə mənimsəmiş ?Texnikabank? ASC-nin (Bu bankın Müşahidə Şurasının sədri və pay sahibi olan Etibar Əliyein həbsindən sonra adı dəyişdirilib) Bakı Filialının sabiq rəhbəri Zal Yusifov və oğlu İslam Yusifov da daxil olmaqla, 14 nəfərin cinayət işi üzrə Ali Məhkəmənin az öncə çıxardığı hökmdən verilən şikayət üzrə Bakı Apelyasiya Məhkəməsində ilkin baxış keçirilib. Bu barədə mia.az verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov həmin tarixdə şikayət üzrə qərarını açıqlayıb. Hakimin qərarına görə, şikayət üzrə nəinki araşdırılma aparılıb, tam əksinə, ərizə baxışdan belə çıxarılıb. Xatırladaq ki, Ali Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə il əvvəl verdiyi hökmdə dəyişiklik edərək, iş üzrə zərərçəkənlərə dəymiş zərərdən bankir və onun yaxın ətrafını xilas edəcək qərar verib. Yazıda adı hallananların münsaibətlərinin öyrənmək mümkün olmayıb. İş üzrə təqsirləndirilənlər və zərərçəkənlərin mövqeyini dərc edə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA