Ramil Usubovun adına "Facebook"da saxta profil açılıb

img

30-03-2013 [10:20]


Son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubovun adına daha bir profil açılıb. Nazirliyin mətbuat xidməti həmin profilin saxta olduğunu və Ramil Usubova heç bir aidiyyatı olmadığını bildirir: "Xatırladırıq ki, bir müddət əvvəl də cənab nazirin adından "Facebook" sosial şəbəkəsində iki saxta profil yaradılmış və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilmişdi. Sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülüb. Qeyd etməyi vacib bilirik ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyatı yoxdur. Nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin Daxili İşlər Nazirliyinin internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA