icra bazçısının ayağı yandı; Mübariz Ağayev səfiri qarzılaya bilməyib

img

30-03-2013 [01:55]


Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev xəsarət alıb. Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin səhhətində problem yaranıb və bu səbəbdən də o, bir müddətdir ki, işə çıxa bilmir. Bizdə olan informasiyaya görə, icra başçısının ayağı yanıb və buna görə də bir neçə gün bundan öncə rayona səfər edən ABŞ-ın ölkəmizdəki səfiri cənab Riçard Morninqstarı özü qarşılaya bilməyib. Qeyd edək ki, verilən rəsmi xəbərlərdə də səfiri onun birinci müavini Yusif Abidovun qarşıladığı qeyd olunurdu. Əməkdaşımız informasiyanı dəqiqləşdirmək məqsədilə Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Quba RİH ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Taryel İbrahimov əməkdaşımıza bu barədə məlumatı olmadığını və məsələylə bağlı dəqiqləşdirmə apardıqdan sonra məlumat verəcəyini söyləsə də, ondan hər hansı konkret cavab ala bilmədik. Lakin bir müddət keçdikdən sonra RİH başçısının müavini Yusif Abidov bizimlə əlaqə saxlayaraq, informasiyanın mənbəyi ilə maraqlandı. Hədələyici ifadələrlə danışan müavin bizə hər hansı açıqlama vermək əvəzinə isə ?xəbərin hardan sızdığını? öyrənməyə çalışırdı. O, ona ünvanladığımız suala isə çox qısa cavab verməklə kifayətləndi: ?Nə olar ki? Adamın ayağı sürüşüb yıxılar da. Burada nə var ki?. /Aznews.az/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA