TQDK abituriyentlərə müraciət etdi

img

30-03-2013 [12:47]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib. Müraciətdə deyilir: "Sınaq imtahanlarına yazılmaq istəyən hər bir şəxs TQDK-nın internet saytının ?Sınaq imtahanlarına yazılış? bölməsinə daxil olub əldə etdiyi virtual ödəmə kartından istifadə etməklə özünə istifadəçi səhifəsi yaratmalıdır. Səhifə yaradıldıqdan sonra istifadəçinin balansında kart vasitəsilə yüklədiyi məbləğ mövcud olacaq. İstifadəçilər sınaq imtahanlarında neçə dəfə iştirak etmək istədiklərini nəzərə alıb lazım bildikləri qədər yeni ödəmə kartı əldə edib balanslarını artıra bilərlər. Əgər abituriyent yüklədiyi kart vasitəsilə qarşıdakı sınaq imtahanına yazılmamışdırsa, o balansında olan məbləğdən istifadə etməklə növbəti sınaq imtahanlarının birinə yazıla bilər. Belə ki, 2013-cü ildə əldə edilmiş ödəmə kartı 2013-cü il ərzində TQDK tərəfindən keçiriləcək istənilən sınaq imtahanına yazılmaq üçün etibarlığını itirmir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA