Prezident Ilham Əliyev Əli Abbasova yeni iz verdi

img

29-03-2013 [09:30]


Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya Texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilsin. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan MR-in ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ondan istifadə, elektron hökumətin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək, Azərbaycan Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA