29-03-2013 [10:28]
Martın 28-də saat 14.00 radələrində Gəncədə ?Qoçu? kimi tanınan nüfuzlu iş adamı, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qohumu Qoca Tofiq oğlu Quliyev ?qara maskalılar? tərəfindən həbs olunub. Xəbərlərə görə, o, Gəncənin mərkəzində özünə məxsus olan ?Mercedes? markalı 20 ÇP 311 dövlət qeydiyyat nişanlı maşını ilə birlikdə Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (MCQMİ) əməkdaşları tərəfindən saxlanılıb.
İdarənin əməkdaşları onun üzünə qaz vurub, başına maska keçirərək idarəyə aparıblar. İdarədə rəis Rasim Qurbanov masanın üzərinə ?Makarov? tapançası qoyaraq Qoca Quliyevə ?bu silah səndən çıxıb? deyib. Azadlıq.info saytı xəbər verib ki, Qoca Quliyevin həyat yoldaşı və qohum-əqrəbası Gəncə Baş Polis İdarəsinin qarşısına toplaşıblar. İdarədən ailə üzvlərinə sızdırılan məlumata görə, silahı zorla Qoca Quliyevin boynuna qoymaq istəyirlər.
Hüquq-mühafizə orqanlarından bu həbslə bağlı əlavə məlumatlar öyrənmək mümkün olmayıb. Bununla belə, Q.Quliyevin Gəncədə və Gəncəbasar bölgəsində kifayət qədər tanınmış adam olduğu məlumdur. Üstəlik, o birinci dəfə deyil ki, həbs olunur. Q.Quliyev Gəncə Tədris İdman Mərkəzinin direktor müavini olub və 2009-cu il noyabrın 4-də bir qrup şəxslə birlikdə həbs edilib. Hüquq-mühafizə orqanları bildirib ki, Qoca Quliyevin başçılıq etdiyi mütəşəkkil dəstə əvvəl Gəncədə bir neçə vəzifəli şəxslər də daxil olmaqla, vətəndaşlardan şantaj və hədə-qorxu yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunur. Lakin Qoca Quliyev istisna olmaqla, digər şəxslər azadlığa buraxılıb. Qoca Quliyevə isə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İttihamda onun evindən 6 kiloqram heroin aşkarlandığı iddia edilirdi. Lakin Q.Quliyevin yaxınlarına istinadən bildirilirdi ki, bu ittiham quramadır və o, narkotiklə heç bir əlaqəsi olmayan adamdır.
2010-cu ilin sentyabrında Q. Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prokuror ona 11 il həbs cəzası tələb etsə də hakim dəfələrlə az müddət seçib -2 il 6 ay. O vaxt da mətbuat Q.Quliyevin həbsinin Abbas Abbasovla bağlı olduğu və siyasi xarakter daşıya biləcəyi barədə yazıb. A.Abbasovun oğlu, deputat Aydın Abbasov mətbuata açıqlamasında Q.Quliyevlə qohumluq əlaqələrini təsdiqləyib və deyib ki, o, anasının əmisi nəvəsidir. Lakin A.Abbasov Q.Quliyevin həbsinin baş nazirin keçmiş birinci müavininə qarşı təzyiq xarakteri daşıdığı haqda iddiaları rədd etmişdi. ?Çünki Abbas müəllim indi nə siyasətdə, nə dövlət vəzifəsindədir? deyə deputat bildirib.
Lakin Aydın Abbasovun 2009-cu ildə dediyi bu sözlər indi qüvvəsini itirmiş sayıla bilər. Belə ki, Abbas Abbasov indi nəinki siyasətdədir, üstəlik, o, Azərbaycan hakimiyyətini möhkəm qəzəbləndirən, ?Milyarderlər ittifaqı? kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəridir. Bu təşkilatın yaranmasının Bakıda necə narahatlıq və qəzəblə qarşılandığı məlumdur. O vaxt məlum olmuşdu ki, ölkə rəhbərliyi xüsusilə A.Abbasovun bu ittifaqda yer almasından qəzəblənib. Daha sonra A.Abbasov Bakıya gəlib prezident İlham Əliyevlə görüşsə də ?Milyarderlər ittifaqı? ilə bağlı hakimiyyətin narahatlıqları azalmamışdı. Məlumatlara görə, A.Abbasov ?Milyarderlər ittifaqı?nın Azərbaycanda prezidentliyə namizədi ola bilər. Bugünlərdə A.Abbasov və ?Milyarderlər ittifaqı? Moskvada təntənəli Novruz bayramı mərasimi təşkil edib və orada Rusiya Prezidenti Administrasiyasının rəhbərinin müavinləri, digər vəzifəlilər iştirak ediblər. Bu da Bakının tanımaq istəmədiyi diaspor təşkilatının Kreml tərəfindən dəstəkləndiyinə işarədir.
Bundan əvvəl mətbuatda A.Abbasovun Gəncədəki biznesinin sıxışdırıldığı, onun imkanlarının məhdudlaşdırıldığı haqda da xəbərlər yaymışdı. Bildirilirdi ki, Abbas Abbasovun təşəbbüsü ilə yaradılan meyvə tədarük anbarı olan 50 min tonluq soyuducu alınıb və baş nazirin keçmiş birinci müavinin Gəncəbasardakı bütün maddi dayaqlarının zəiflədilməsi istiqamətində iş aparılır. A.Abbasovun oğlu isə bu xəbərləri təsdiq etməyib. Digər məqam budur ki, A.Abbasovun 2010-cu ildə 2 il 6 ay həbs cəzası alan qohumunun həbs müddəti bu yaxınlarda bitmiş olub, yəni o həmin müddəti həbsxanada keçiribsə, bu yaxınlarda azadlığa çıxmış olmalıydı.
Günün sonunda azadlıq.info saytı həbs olunan Q.Quliyevin xanımı Quliyeva İlahə Bayram qızının videomüraciətini də yayıb. O bildirib ki, həyat yoldaşı 2009-cu ildə də heç bir günahı olmadığı haqda narkotik ittihamı ilə şərlənərək həbs olunmuşdu. ?Yoldaşım cəmi 10 aydır həbsdən çıxıb. Bu gün günorta radələrində o öz maşını ilə getdiyi yerdə ?07″ markalı maşınla qarşısını kəsiblər, maşından 6 nəfər düşərək onun üzünə qaz püskürdüblər, başına maska keçirdiblər. Maşına iki qumbara, bir də narkotik atıblar və deyiblər ki, bunlar sənindir. Mənim yoldaşım güləş üzrə SSRİ idman ustasıdır, narkotiklə heç bir əlaqəsi yoxdur, ömründə siqaret də çəkməyib. Ancaq Abbas Abbasovun qohumuyuq, Aydın Abbasov, deputatdır, onun qohumuyuq. Buna görə bizi incidirlər, işgəncə verirlər. Mənim yoldaşım şəkər xəstəsidir, nəyə görə onu bu cür təhqiramiz vəziyyətdə həbs edib aparırlar? Bu qədər ağır cinayətkarlar azadlıqda gəzdiyi halda. Əlaqədar orqanlara müraciət edirəm. Mənim yoldaşım nə cinayət törədib, adam öldürüb? Yoxsa nə edib? Keçən dəfə də mənim yoldaşım hamıya sübut elədi ki, narkotikin ona heç bir dəxli yoxdur. İndi içəridən məlumat almışam ki, yoldaşıma təzyiq göstərirlər, onu məcbur edirlər ki, qumbaraların və narkotikin ona aid olduğunu etiraf etsin. Mən prezidentdən, Mehriban xanımdan xahiş edirəm, bu hadisəyə, yoldan adam oğurluğuna münasibət göstərsinlər. Üç uşaq anasıyam, imkan vermirlərsə ki, bu ölkədə yaşayım, uşaqlarımı da götürüb çıxmağa hazıram?.
Mövzunu davam etdirəcəyik(musavat.com).#601;d#305;rlar? Bu q#305;xma