Prezident Eldar Həsənovla bağlı sərəncam verdi

img

28-03-2013 [08:56]


Azərbaycan prezidenti İlham Əliyev Qaley Əliyeviç Allahverdiyevin Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. MİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının digər sərəncamı ilə Tahir Pirəli oğlu Kərimov Azərbaycan Respublikasının Malayziyada, Bruney Darüssalamda və Kamboca Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. İlham Əliyev həmçinin Eldar Həsənovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA