DiN-dən futbolçunun törətdiyi qəza ilə bağlı rəsmi açıqlama

img

28-03-2013 [03:14]


Daxili İşlər Nazirliyi ?Neftçi?nin futbolçusu Araz Abdullayevin törətdiyi qəzaya münasibət bildirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir, hadisə ilə bağlı hazırda sənədləşdirmə işləri aparılır: ?Bu gün Nobel prospektində qəzanın baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 1 nəfər isə yaralanıb?. DİN-in mətbuat xidmətindən bildirilib ki, qəzanı törədən ?Neftçi?nin futbolçusu Araz Abdullayev yaralı şəxsi başqa maşınla xəstəxanaya aparıb. Hazırda qəza ilə bağlı daha dəqiq araşdırma aparılır. Qeyd edək ki, Araz Abdullayev ?Nissan? markalı avtomobillə qəzaya düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA