Azərbaycanda Vərəmlə Mübarizədə Yeni Təzəbbüs uğurla baz tutdu

img

28-03-2013 [02:40]


Park Cinema kinoteatrı, Promix şirkəti və Azərbaycan Səhiyyə Kommunikasıyası Assosasiyasının təşəbbüsü ilə 24 mart Beynəlxalq Vərəmlə Mübarizə Günü ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə ?Özünü və yaxınlarını qoru!? devizi altında aksiya həyata keçirlib. Aksiya çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Park Cinema kinoteatrında seanslardan əvvəl Azərbaycan Səhiyyə Kommunikasıyası Assosasiyasının həyata keçirdiyi ?Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması? layihəsi çərçivəsində vərəmə qarşı mübarizə mövzusunda hazırlanmış maarifləndirici video-çarxlar nümayiş etdi?rilib. 23-26 mart tarixlərində 84 seans zamanı nümayiş olunan video-çarxları 5000 -ə qədər tamaşaçı izləmişdir. Park Cinema kinoteatrı və Azərbaycan Səhiyyə Kommunikasıyası Assosasiyasının birgə təşkilatçılığı ilə baş tutan aksiyanın məqsədi əhalinin xüsusən də, gənclərin vərəmə qarşı mübarizə mövzusunda maariflənməsinə yardım göstərilməsidir. Video-çarxlarda vərəmin əlamətləri, müalicəsi ilə bağlı mesajlar verilir. Xüsusən vurğulanır ki, vərəm vaxtında aşakar edildikdə və düzgün müalicə aparıldıqda tam sağalır. Qeyd edək ki, video-çarxlar Total E&P Azərbaycan B.V. şirkəti və Vərəm Əleyhinə Milli Proq??ramla əməkdaşlıqda hazırlanmışdır. Xatırladaq ki, vərəmlə mübarizə gününün tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. 1982-ci ildən hər il 24 mart bütün dünyada Beynəlxalq Vərəmlə Mübarizə Günü kimi qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA