Nazirlər arasında bir milyardlıq narazılıq

img

28-03-2013 [12:27]


Maliyyə Nazirliyi Nəqliyyat Nazirliyinin Bakı Dəmiryolu Vağzalının Biləcəriyə köçürülməsinə dair təqdim etdiyi layihəni büdcənin investisiya xərclərinə salmaqdan imtina edib. Bu ilin dövlət büdcəsi tərtib olunan zaman nazirlər Samir Şərifovla Ziya Məmmədov arasında böyük narazılıq yaranıb. ?Bizim yol? qəzetini bu barədə bilgiləndirən mənbənin sözlərinə görə, maliyyə naziri etirazına səbəb kimi layihənin dəyərindən dəfələrlə çox dəyərləndirilməsini göstərib. Belə ki, nəqliyyat naziri yeni dəmir yolu vağzalının tikintisi üçün büdcədən 1 milyard manat istəyib. Maliyyə naziri yaxın çevrəsinə ?bir gün bunun məsuliyyətini məndən soruşan tapılacaq, belə işəqol qoymaq olmaz? deyib. Mənbə bildirib ki, Ziya Məmmədov layihə ilə bağlı dövlət başçısı ilə görüşərək razılıq almaq niyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA